Uzun illər dağıdılmış vəziyyətdə qaldıqdan sonra bərpa edilən Zəngilan məscidi XIX Venesiya Arxitektura Biennalesində təqdim olunub.
Bu məscidin Azərbaycanın iştirak tarixində ilk dəfə olaraq nüfuzlu beynəlxalq memarlıq platformasında nümayiş etdirilməsi Qarabağın və Şərqi Zəngəzurun mədəni dirçəlişi və memarlıq vasitəsilə milli kimliyin qorunub-saxlanması istəyini nümayiş etdirir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Trend-ə müsahibəsində bu hadisənin əhəmiyyətini vurğulayıb:
"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olundu. Bu, Azərbaycanın azad edilmiş torpaqlarına mədəniyyətin, etiqadın və tarixi yaddaşın qayıdışının dünya ictimaiyyətinə canlı nümayişidir".
Ələkbərovun sözlərinə görə, onilliklər boyu dağıdılmış vəziyyətdə qalan Zəngilan məscidi bu gün tarixi irslə müasir yanaşmaları birləşdirən memarlıq fəlsəfəsinin təcəssümüdür. Azərbaycanın hazırda işğaldan azad edilmiş ərazilərində otuz ilə yaxın işğal zamanı yaşayış binaları və infrastruktur dağıdılıb, təbii sərvətlər talan edilib, tarixi, mədəni və dini abidələr təhqir olunub. Xüsusən də Zəngilan məscidi işğal dövründə heyvanların saxlanıldığı tövlə kimi istifadə olunub. Ərazilər azad olunduqdan sonra Qarabağda və Şərqi Zəngəzurda tarixi, dini və mədəni abidələrin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də tikinti-bərpa işlərinə başlanılıb. Qorunub-saxlanılmış tarixi məscidin yanında yeni bir məscid inşa olunub və bu gün həmin məscid azad edilmiş torpaqların mənəvi və memarlıq dirçəlişinin rəmzi kimi dünyaya təqdim olunur.
Qeyd edək ki, XIX Arxitektura Biennalesində ölkəmiz "Tarazlıq. Azərbaycanın motivləri" adlı pavilyonla təmsil olunur. Pavilyon Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Milli pavilyonun ekspozisiyasına son illərdə Azərbaycan memarlığının dinamik inkişafını əks etdirən mühüm layihələri - "Bakı Ağ Şəhər", "Zəfər Parkı" və "Zəngilan məscidi" daxildir.




Prezidentin müsahibəsinin TAM MƏTNİ
Türk memarlığının şah əsərləri -taxta məscidlər
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?