lider-media.az

Qarabağ Universiteti abituriyentlər üçün təbliğat görüşlərinə start verib

Baxış: 117 Tarix: 13-05-2025, 10:38

Qarabağ Universiteti 2025/2026-cı tədris ilində abituriyentlər üçün təbliğat kampaniyasına başlayıb.
İlk görüşlər Bakı şəhərində yerləşən Nizami rayon Milli Qəhrəman M.Rüstəmov adına 32 nömrəli tam orta məktəb və Kimya-biologiya təmayüllü Respublika liseyində keçirilib.
Görüşdə Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva, İncəsənət fakültəsinin kafedra müdiri Arslan Növrəsli, Beynəlxalq Dil Mərkəzinin müəllimi Aytac Yolçuyeva və abituriyentlər iştirak ediblər.
Görüşlərdə təqdimatla çıxış edən universitet nümayəndələri Universitetin tədris proqramları, fakültələr, ixtisaslar, Beynəlxalq Dil Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat veriblər.
Görüşdə, həmçinin Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparılıb, universitetin üstünlükləri, tədris prosesi, müəllim heyəti, təqaüd imkanları, yataqxanası və digər müvafiq məsələlər barədə ətraflı məlumat verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi