lider-media.az

Paytaxt Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb

Baxış: 169 Tarix: 13-05-2025, 09:54

Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb

Ümumdünya Poçt İttifaqı (ÜPİ) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-lə birgə təşkilatçılığı ilə mayın 13-də Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçirilir. “Növbəti üfüqlər: Gələcək mükəmməllik üçün elektron ticarət, innovasiya və təchizat zəncirinin naviqasiyası” mövzusuna həsr olunmuş forumda 30-dan çox ölkənin 150-dən artıq təmsilçisi iştirak edir. Onlar arasında milli poçt xidmətlərinin rəhbərləri, e-ticarət və texnologiya şirkətlərinin yüksəkvəzifəli nümayəndələri, eləcə də sahə üzrə beynəlxalq ekspertlər var.

Forumun məqsədi regional müzakirələr və müqayisələr, bilik mübadiləsi və innovasiyalar üçün strateji bir platforma yaratmaqdır. Müzakirələr qlobal tendensiyalar və rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyasına yönələcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi