lider-media.az

Hakan Fidan ABŞ Dövlət katibinə Suriya qarşı sanksiyaların ləğvinin əhəmiyyətindən danışıb

Baxış: 138 Tarix: 12-05-2025, 22:20

Hakan Fidan ABŞ Dövlət katibinə Suriya qarşı sanksiyaların ləğvinin əhəmiyyətindən danışıb


Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğvi bu ölkədəki sabitlik və rifah üçün böyük əhəmiyyət kəsb edir.

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı deyib.

Xarici diplomatiya rəhbərləri Suriya ilə yanaşı, Yaxın Şərqdə və Ukraynadakı vəziyyəti də müzakirə ediblər.

ABŞ vətəndaşı Edan Aleksandrın HƏMAS hərəkatı tərəfindən azad edilməsinin vacibliyi vurğulanıb.

Rusiya ilə Ukrayna arasında planlaşdırılan danışıqlarla bağlı fikir mübadiləsi aparılıb.

Fidan və Rubio, həmçinin mayın 14-15-də Antalyada keçiriləcək NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısının təfərrüatları ətrafında fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi