lider-media.az

Azərbaycanın xarici işlər naziri Bəhreyn Krallığının vəliəhdi ilə regional vəziyyəti müzakirə edib

Baxış: 33 Tarix: 12-05-2025, 17:12

Mayın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin vəliəhdi və Baş naziri Salman ibn Həməd ibn İsa Əl-Xəlifə ilə görüşüb.

Xarici İşlər Nazirliyindən  verilən məlumatda bildirilib ki, görüşdə Azərbaycan-Bəhreyn ikitərəfli və çoxtərəfli əməkdaşlığının hazırkı durumu, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib, bugünkü səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə olacağına dair ümidvarlıq ifadə edib.

Ölkələrimiz arasında ali və yüksək səviyyədə siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə olunub, bu dinamikanın iqtisadiyyat, ticarət, investisiyalar, turizm, logistika, informasiya və kommunikasiya texnologiyaları üzrə konkret təşəbbüslər vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Gələn ilin Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin 30 illiyi ilə əlamətdar olacağı məmnunluqla qeyd edilib, bu illər ərzində münasibətlərimizin əsaslandığı prinsiplərin bundan sonra da əməkdaşlığımızın inkişafında rəhbər tutulmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi