lider-media.az

MSK-nın nümayəndə heyəti TDT-yə üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının təsisində iştirak edəcək

Baxış: 125 Tarix: 12-05-2025, 14:49

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Türküstan şəhərinə səfər edib.


Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti öncə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının təsis sənədinin imzalanması mərasimində iştirak edəcək. Sözügedən sənəd Türk Dövlətləri Təşkilatına üzv ölkələrin seçki idarəetmə orqanları arasında münasibətlərin daha da intensivləşdirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq.


Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Qazaxıstana səfər zamanı, həmçinin “Türk Dünyası: Ənənələr, Təcrübə və Seçki Sistemlərinin İnkişafı üçün Perspektivlər” mövsuzunda beynəlxalq konfransda da iştirak edəcək.


Mərkəzi Seçki Komissiyasının nümayəndə heyətinin tərkibinə Komissiya sədrinin müavini Rövzət Qasımov və Katibliyin rəhbərinin müavini Həsən Kazımzadə də daxildir.


Səfər çərçivəsində nümayəndə heyətinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki orqanlarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşləri, qurumlararası əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması da nəzərdə tutulur.


 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi