lider-media.az

Azərbaycan və Efiopiya parlamentarilərinin onlayn görüşündə

Baxış: 107 Tarix: 12-05-2025, 15:21

Mayın 12-də Azərbaycan və Efiopiya parlamentlərinin qarşılıqlı dostluq qrupları arasında onlayn görüş keçirilib. Onlayn görüşdə Milli  Məclisin Efiopiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Vəliyeva çıxış edərək iştirakçıları salamlayıb, Milli Məclisin Efiopiya ilə parlamentlərarası əlaqələrin inkişafına önəm verdiyini bildirib. O, ölkələrimiz arasında əlaqələrin dərinləşməsində dostluq qruplarının rolundan danışıb, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə Efiopiya Parlamenti Xalq Nümayəndələr Palatasının Efiopiya-Azərbaycan parlament, diplomatiya və dostluq qrupunun rəhbəri xanım Bethelhem Lakyu Sisay  Efiopiyanın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən parlamentlər arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu deyib, parlament əlaqələrinin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində əhəmiyyətindən danışıb.

Sonra görüş parlamentlərarası əlaqələrimizin mövcud durumu, inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi ilə davam etdirilib. Videokonfransda Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Zaur Şükürov, efiopiyalı parlamentarilər və digər rəsmi şəxslər iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi