lider-media.az

Şəhid Telman Haqverdiyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib - VİDEO

Baxış: 75 Tarix: 11-05-2025, 19:50

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Birinci Qarabağ müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli mayor Telman Əliməmməd oğlu Haqverdiyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar. Tədbir iştirakçılarına mayor T.Haqverdiyevin şərəfli həyat və nümunəvi döyüş yolu haqqında ətraflı məlumat verilib.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi