
May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunmuşdur.
Lider-Media.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, İran İslam Respublikası ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlamışlar. Dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunmuş, eyni zamanda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilmişdir.
Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atmış, geriyə qaçan digər üç nəfər isə İran İslam Respublikası ərazisində saxlanılmışdır. Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, körpünün qazıntı işləri aparılan hissəsində istifadə edilən qazma vasitələri aşkar olunaraq götürülmüşdür. Müqabil tərəfdən verilən məlumata əsasən saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları olduğu bildirilmişdir.
Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ULU ÖNDƏRİN MÜSTƏQİL AZƏRBAYCANIN QURTULUŞUNDA VƏ DÖVLƏTÇİLİK TARİXİNDƏ MÜSTƏSNA ROLU
Kamilə Əliyeva: "Azərbaycan dili – milli kimliyimizin və dövlətçiliyimizin sarsılmaz dayağı"
Türkiyə yarım ildə 25,8 milyon xarici turist qəbul edib
Sosial məzuniyyət kimlərə şamil edilir?
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olu
"Zülfüqar - 2026" birgə taktiki təlimi başa çatıb
Tokayev: Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
Mərkəzi Bank bu il və gələn il üçün neft-qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Ağdamın yeni nəslinin nəfəsi
Avqustun 1-də gözlənilən hava şəraiti
Sağlamlıq üçün təbiətin gücü - Təbii müalicə üsulları haqqında Səhiyyə Nazirliyinin mütəxəssisinin izahı
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
S.N.Japarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan nefti bu gün də bahalaşdı
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?
Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması