lider-media.az

Putin təklif edir:Rusiya–Ukrayna danışıqları Türkiyədə başlasın

Baxış: 253 Tarix: 11-05-2025, 09:58

Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların yubanmadan mayın 15-də İstanbulda başlanmasını təklif edib.

 Rusiya lideri mövqeyini Kremldə keçirilmiş mətbuat konfransında ifadə edib. “Təklif edirik ki, danışıqlar ləngimədən, gələn cümə axşamı, mayın 15-də İstanbulda başlansın. Əvvəllər keçirildiyi və dayandırıldığı yerdə. Məlum olduğu kimi, türkiyəli həmkarlarımız dəfələrlə belə danışıqların təşkilində kömək təklif ediblər və Prezident Ərdoğan onların təşkili üçün çox iş görüb”, – ölkə başçısı qeyd edib.

 O həmçinin sabah türkiyəli həmkarı ilə danışıqlar aparacağını açıqlayıb.

 “Mən ondan Türkiyədə danışıqların keçirilməsi üçün belə bir imkan yaratmasını xahiş etmək istəyirəm”, – Putin söyləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi