lider-media.az

Şirvanda Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konsert təşkil edilib

Baxış: 334 Tarix: 10-05-2025, 22:34

Mayın 10-da Şirvan Şəhər İcra Hakimiyyəti və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birlikdə təşkilatçılığı ilə şəhərin Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə konsert təşkil edilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili Heydər Əsədov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, şəhər sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Əməkdar Kollektivi Mahnı və Rəqs ansamblının ifası ilə keçirilən konsert proqramı atəşfəşanlıqla sona çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi