lider-media.az

ECOLEAD layihəsi uğurla icra olunur

Baxış: 667 Tarix: 10-05-2025, 17:17

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar paytaxtın Suraxanı rayonunda “ECOLEAD” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə 2 hektar (ha) ərazidə 500 ədəd ağac əkilib.

Məlumat üçün qeyd edək ki, 2024-cü ildə Baş Prokurorluğun təşəbbüsü  əsasında icrasına başlanılan “ECOLEAD” layihəsi çərçivəsində hazırkı vaxtadək Bakı şəhərinin Suraxanı, Nəsimi, Binəqədi, Yasamal və Xətai rayonları ərazisində ümumilikdə 10 ha ərazidə 2200-dən çox ağac əkilmişdir.

Hazırda Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Qarabağ Universiteti tərəfindən birgə həyata keçirilən ECOLEAD layihəsindən irəli gələn məqsədlərin gələcəkdə də icrası nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi