Dövlət Sərhəd Xidmətinin Aparatında və struktur qurumlarında müasir müstəqil dövlətçiliyimizin memarı və qurucusu, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir.
Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda əvvəlcə xalqımızın dahi oğlunun əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə güllər düzmüş, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər.
Tədbirlərdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqımız qarşısındakı misilsiz xidmətləri, ölkəmizin hərtərəfli inkişafı və sərhəd mühafizəsinin formalaşdırılması ilə bağlı gördüyü işlər barədə geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, məhz Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində sərhəd təhlükəsizliyi dövlətin prioritet istiqamətlərindən birinə çevrilmiş, sərhəd mühafizə orqanlarının formalaşmasına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratmışdır.
Bildirilmişdir ki, bu gün Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında uğurla yerinə yetirir, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətənin sərhədlərində qürurla xidmət edir. Keçirilən tədbirlər Heydər Əliyev ideyalarına sadiqliyin bariz nümunəsi olaraq dövlətçiliyə xidmət edən hər bir sərhədçinin qəlbində vətənpərvərlik ruhunu bir daha alovlandırmış, onun əbədiyaşar xatirəsinin gələcək nəsillər tərəfindən yaşadılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Tədbirdə Heydər Əliyevin adını daşıyan muzey və mərkəzlərə şəxsi heyətin ekskursiyası təşkil olunmuş, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirilmişdir.



















.jpg)


_c233f3ae61aa64f633974daf1c765450.jpg)

Nazir Məcnun Məmmədov Gəncədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan elmi-praktiki konfransda iştirak edib
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir
Zərifə Əliyevanın doğum günüdür
Görkəmli alim, nəcib və xeyirxah insan, qayğıkeş ana
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd olunur
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?