lider-media.az

Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası açılıb

Baxış: 16 Tarix: 9-05-2025, 15:03

Paytaxt Bakı şəhərində, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında “Kənddən Şəhərə” həftəsonu yarmarkası açılıb. Mayın 9-dan 11-dək keçiriləcək növbəti yarmarkada 20-dən artıq rayondan 40-dan çox fermer iştirak edir.

“Aqrar Tədarük və Təchizat” ASC-nin şöbə müdiri Nilufər Mustafaqızı jurnalistlərə açıqlamasında yarmarkanın təşkilində əsas məqsədin yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda, şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etmək olduğunu bildirib.

O qeyd edib ki, yarmarkadakı qiymətlər bazarla müqayisədə daha sərfəlidir, məhsullar təbii və təzədir. Məhsulların keyfiyyəti AQTA tərəfindən yoxlanılır və satışa çıxarılır. Yarmarkanın yanında Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir.

Fermerlər tam ödənişsiz şəkildə tərəzilərlə və piştaxtalarla təmin olunublar. Yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər 100-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi