lider-media.az

Yeni Roma Papası seçilib

Baxış: 244 Tarix: 8-05-2025, 20:57

Yeni Roma Papası seçilib


Müqəddəs Taxt-Tacda keçirilən konklavın (seçki) ikinci günündə dördüncü səsvermə nəticəsində yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbəri seçilib.

133 kardinalın iştirakı ilə Sikstin Kapellasında baş tutan gizli səsvermə ilə Yeni Roma Papası seçilib və binanın damında quraşdırılan bacadan ağ tüstü çıxıb.

Kilsə qanunlarına görə, lazımi səs çoxluğuna çatan kardinal bu vəzifəni qəbul edəcəyi təqdirdə katoliklərin yeni ruhani lideri olacaq. Yeni Papa kilsədəki xüsusi otağa aparılacaq və orada onun üçün hazırlanmış paltarları geyinəcək. Daha sonra yeni Roma Papası Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılacaq.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi