lider-media.az

9-11 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Baxış: 5 Tarix: 8-05-2025, 13:27

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən keçirilən “Kənddən Şəhərə” həftəsonu yarmarkası fəaliyyətini davam etdirir. 9-10-11 may tarixlərində keçirləcək növbəti yarmarkada 20-dən artıq rayondan 40-dan çox  fermerin iştirakı gözlənilir. Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçirilən yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər 100-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkanın yanında Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.

“Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi