lider-media.az

Tarixi Zəfərin qazanılmasında ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var

Baxış: 113 Tarix: 8-05-2025, 08:51

    Tarixin bütün dönəmlərində olduğu kimi bu gün də məmləkətimiz qədim zamanlardan çoxmillətli, çoxdinli bir ölkə olaraq özünü təsdiqləyib. Yüzilliklər bir-birini əvəz etsə də Azərbaycan xalqı öz humanist mövqeyində geri çəkilməyib, nəsillər babalarımızdan bizlərə miras qalan adət-ənənələrə hörmətlə yanaşaraq davam etdiriblər. Respublikamızda azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün hər cür şərait yaradılıb.


    Bu gün ölkəmizdə yaşayan hər bir xalqın nümayəndəsi özünü azad, xoşbəxt və qalib bir vətəndaş  kimi hiss edirlər.  Məhz bunun nəticəsidir ki, torpaqlarımızın azadlığı uğrunda  qeyri-azərbaycanlılar da örnək ola biləcək vətənpərvərlik, fədakarlıq nümayiş etdiriblər.  Döyüşərək Azərbaycanın Milli Qəhrəman adına layiq görülən Yuri Kavalyov, Yevgeni Karlov, Anatoli Davıdoviç, Ruslan Polovinko, Sergey Senyuşkin, axısqa türk əsilli  İsgəndər Aznaurov, Mixail Slesaryov, milliyətcə dağ yəhudisi olan Albert Aqarunovun adlarını qeyd etmək olar.


   Azsaylı xalqlarla bağlı atılan məqsədyönlü addımlar dinindən, cinsindən, irqindən və milliyyətindən asılı olmayaraq, mehriban ailə, dost və qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirirlər.  Zaqatala-Qax rayonlarında yaşayan avarlar, ingiloylar,  saxurlar, Qəbələdə  udilər, Quba və Bakıda yaşayan dağ yəhudiləri, tatlar, kürdlər, talışlar bu gün Azərbaycanın etnik xəritəsi ilə yanaşı mədəniyyətini daha da zənginləşdirirlər. 


     Müstəqil Azərbaycanda bu gün  çoxmillətli, çoxdinli bir məmləkət olaraq ölkə ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük, tolerantlıq əlaqələri davam etdirilir, milli, irqi və dini ayrıseçkiliyə yol verilmir. Ölkəmizdə bütün xalqların, millətlərin və azsaylı toplumların nümayəndələri vahid və mehriban bir ailə kimi yaşayır, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc fəaliyyət göstərirlər.  44 günlük Vətən müharibəsində mərd oğullarımızın canı-qanı bahasına 30 illik işğala son qoyaraq torpaqlarımızı düşmən işğalından azad edildi. Bu tarixi Qələbənin əldə edilməsində ölkəmizdə yaşayan bütün xalqlar möhkəm birlik yaratdılar. Respublikamızda müxtəlif millətləri-ləzgiləri, yəhudiləri, talışları, çaxurla­rı və s. təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı, qara­bağlı kimi mərdi-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyü­şdülər. Onların bu torpağa qəlbən bağlanması, hər birinin Azərbaycanı doğma Vətəni kimi sevməsi İkinci Qarabağ müharibəsində də bir daha öz təsdiqini tapdı.         


  “...İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.  … Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik. Biz hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur”. Bu fikirləri Prezident İlham Əliyev Milli Məclisdə  andiçmə mərasimində diqqətə çatdırıb.


     Bəli, qazanılan möhtəşəm Qələbə çiyin-çiyinə bir amal uğrunda birliyin, yumruq kimi birləşərək mübarizə aparmağın nəticəsi idi.  Vətən müharibəsinin ilk günündən yüzlərlə vətənpərvər kimi etniklər də könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdilər. Son dərəcə sarsılmaz və möhkəm olan bu birliyi, həmrəyliyi bütün dünya gördü. Müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin hamısı müharibədə bir nəfər kimi çiyin-çiyinə dayanaraq sinəsini gülləyə verib qəhrəmanlıq səlnaməsini yazdılar. Onlar qəhrəmancasına vuruşaraq şəhid, qazi oldular. Azərbaycan ordusunda uzun illər motoatıcı diviziyanın komandiri kimi, xidmət etmiş Cəbrayıl rayonunun Havuslu kəndinin alınmasında tabeliyində olan igidlərlə xüsusi qəhrəmanlıq ğöstərən, düşmənin xeyli texnikasını, ərzaq qənimətini, texnika və lazımı sənədlərini ələ keçirən polkovnik-leytenant Babək Ramaldanov, canı, qanı ilə yaşadığı torpağa, bağlı olan Vətən müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yola düşən, döyüşlərin birində yaralansa da, müalicəsi bitər-bitməz yenidən cəbhə xəttinə yollanan Nəcməddin Sarkayev, zabit yoldaşlarının onun haqqında "Goranboyun vuran ürəyi, vuran əli idi" dedikləriHarun Alqayev  müqəddəs torpaqlarımız uğrunda canlarından keçmişlər. 18 yaşlı, ahıska türkü Battal Bayraqdarov, milliyyətcə rus olan “Bura mənim Vətənimdir” deyən  Denis Pronin-Əliyev məhz özlərinin Vətəni hesab etdiyi Azərbaycan üçün şərəflə vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişlər.


    Azərbaycanda yaşayan hər bir kəs, etnik və dini mənsubiyyətindən asıllı olmayaraq, öz vətəni ilə fəxr edir, düşmənə qarşı amansız mübarizəyə hər zaman hazırdırlar.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi