lider-media.az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı

Baxış: 375 Tarix: 7-05-2025, 21:01

hindistan-ve-pakistan-arasindaki-gerginliyi-muzakire-etdiler

Bu haqda “TRT Haber” məlumat yayıb. Danışıq zamanı Hindistan və Pakistan arasındakı gərginlik, gecə baş verən hücum və mövcud vəziyyət müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib, hücumda şəhid olan pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Ərdoğan Türkiyənin bu prosesdə Pakistanın təmkinli siyasətini dəstəklədiyini və Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifinin məqsədəuyğun olduğunu deyib. O, Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu və bu mövzuda diplomatik təmasların davam etdiriləcəyini qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi