lider-media.az

ABŞ səfirliyindən XƏBƏRDARLIQ - Tbilisidəki ticarət mərkəzlərində PARTLAYIŞLAR gözlənilir

Baxış: 315 Tarix: 7-05-2025, 20:34

ABŞ-ın Gürcüstandakı səfirliyi Tbilisidə yerləşən üç ticarət mərkəzində partlayış təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.
Y
erli mətbuata istinadən xəbər verir ki, diplomatik nümayəndəlik əməkdaşlarına növbəti xəbərdarlığa qədər Tbilisidəki “East Point” , “Galleria Tbilisi” və “Tbilisi Mall” ticarət mərkəzlərinin yerləşdiyi ərazilərə getməmək tövsiyə edilib. Bildirilib ki, adı çəkilən yerlərdə partlayış təhlükəsi ilə bağlı məlumat daxil olub. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti ABŞ səfirliyinin Tbilisidə partlayışlar təhlükəsi ilə bağlı xəbərdarlığını artıq şərh edib. Qurum müvafiq xidmətlərin bomba qoyulması barədə növbəti yalan məlumatla bağlı iş apardığını açıqlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi