lider-media.az

Fransa Azərbaycan səfirini Qələbə Günü ilə bağlı tədbirə dəvət etməyib. 

Baxış: 89 Tarix: 7-05-2025, 19:35

Fransa Azərbaycan səfirini Qələbə Günü ilə bağlı tədbirə dəvət etməyib. Ölkəmizin Fransadakı səfiri Leyla Abdullayevaya Parisdə İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümü ilə bağlı keçiriləcək tədbirə dəvət ünvanlanmayıb.  Bildirilib ki, digər bütün ölkələrin səfirləri sözügedən tədbirə dəvət edilib. Fransanın bu addımı ölkə Prezidenti Emmanuel Makronun komandasının ucuz siyasi gedişi kimi qiymətləndirilir və bu ölkənin artıq tarixi yaddaşa hörmət etmədiyini nümayiş etdirir. Qeyd edək ki, Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə töhfəsi danılmaz faktdır. Belə ki, yüzminlərlə azərbaycanlı cəbhələrdə döyüşüb, onlarla qəhrəmanımız Fransanın özünün azad edilməsində iştirak edib. Lakin bu gün Parisdə Ermənistanla qucaqlaşmaq və tarixin onlara sərf etməyən səhifələrini silmək dəbdədir. Hətta burada söhbət Avropanı faşizmdən xilas edən insanların şücaətindən getsə belə. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi