lider-media.az

Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Baxış: 161 Tarix: 7-05-2025, 17:23

Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr aparılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidentliyə namizədi xanım Zou Jiayi ilə videokonfrans formatında görüşüb. Azərbaycanın 2016-cı ildən Bankla əməkdaşlıq etdiyi və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyi bildirilib. Bankın üzv ölkələrdə infrastrukturun inkişafına dəstəyinin, dayanıqlı inkişafın təmin olunması, o cümlədən, yaşıl iqtisadiyyata keçid, yaşıl enerjinin təşviqi ilə bağlı görülən işlərin əhəmiyyəti vurğulanıb. Tərəflər həmçinin, AİİB-nin ölkəmizlə əməkdaşlığının əsas istiqamətləri, Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi