lider-media.az

Dünən təyin olunan nazir bu gün işdən çıxarılıb? – Azərbaycanda maraqlı olay

Baxış: 145 Tarix: 7-05-2025, 16:51

Xəbər verdiyimiz kimi, Dünən Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasında iqtisadiyyat naziri təyin edilib.

Bununla bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qərar imzalayıb.

Lider-media.az KİV-ə istinadən xəbər verir ki, bu gün sosial şəbəkələrdə yayılan məlumatalara görə, Kazım Hüseynəliyevin nazir vəzifəsinin ömrü cəmi bir gün çəkib. Belə ki, Muxtar Respublika rəhbərliyinin bu təyinatdan narazı qaldığı və onun ləğvi barədə göstəriş verdiyi bildirilir. Qeyd olunur ki, Kazım Hüseynəliyevin nazir təyinatı ilə bağlı qərar da rəsmi resurslardan götürülüb.

Məlumatın nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək üçün kiçik bir araşdırma apardıq. Məlum oldu ki, həqiqətən də Naxçıvan Ali Məclisinin https://alimajlis.gov.az/ saytının sərəncam, fərman və qərarlar bölmələrində Kazım Hüseynəliyevin nazir təyinatı ilə bağlı heç bir məlumat mövcud deyil. Buradakı əksər sənədlər aprel ayına aiddir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi