

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Dayanıqlı, inklüziv və sosial siyasətin konseptual əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Hibrit formatda təşkil olunan konfransda ölkəmizin ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının əməkdaşları iştirak ediblər. Həmçinin Türkiyə, Böyük Britaniya, Almaniya, Polşa, Ukrayna və Özbəkistanın nüfuzlu universitetlərindən nümayəndələr konfransa onlayn qatılıblar.
Tədbir dayanıqlı inkişaf və sosial ədalət prinsiplərinə əsaslanan siyasət modellərinin, inklüziv idarəetmənin elmi əsaslarla təhlil olunması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təşkil olunub. Əvvəlcə Dövlət Himninin səsləndirilib, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AƏSMA-nın rektoru vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev konfransın mövzusunun aktuallığından danışıb, dayanıqlı inkişaf, inklüzivlik və sosial siyasətin müasir cəmiyyətlərin qarşısında duran mühüm çağırışlara cavab vermək baxımından önəmini qeyd edib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafının, insan amilinə əsaslanan siyasətinin təməl prinsiplərini təşkil edir. Yusif Ağayev ölkədə sosial dialoqun genişləndirilməsi, əmək münasibətlərinin tənzimlənməsi sahəsində həmkarlar ittifaqlarının əhəmiyyətini vurğulayıb.
AHİK sədrinin müşaviri Orxan Ərəbov isə tədbirin elm və təcrübənin qovuşduğu əhəmiyyətli bir platforma olduğunu bildirib. O, belə tədbirlərin ölkədə elmi potensialın gücləndirilməsi və gənclərin bilik və bacarıqlarının inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Konfrans “Dayanıqlı inkişaf və rəqabətqabiliyyətli iqtisadiyyat”, “İnklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” və “İnsan potensialı və müasir innovasiyalar” mövzularında panel müzakirələrlə davam edib.


Prezident İlham Əliyev Fərman imzaladı
Görkəmli alim, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim
"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib
“Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov BHİK-nın baş katibi ilə görüşüb
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb