Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib. Tədbirdə dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin həmkarlar ittifaqlarının üzvləri iştirak ediblər.
Konfrans iştirakçıları “Gülüstan” sarayının foyesində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən uşaqlar arasında keçirilən “Əməyin mühafizəsi” və “Ekologiya mənim fırçamda” rəsm müsabiqələrinin qaliblərinin əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əhalinin sosial rifahının yüksəldilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Layiqli əməyin təminatı sahəsində aparılan islahatları, uğurlu məşğulluq proqramlarını qeyd edən nazir “Əmək və məşğulluq” altsisteminin üstünlüklərini, dövlətin sosial xidmətlərinin elektronlaşdırılması sahəsində son illər əldə olunan uğurları diqqətə çatdırıb. O, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində son illər atılan mühüm addımları, hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişiklik üzərində işlər aparıldığını qeyd edərək bildirib ki, əməyin mühafizəsi üzrə artıq 58 milli standart təsdiq edilib və daha 111 standart da hazırlanır. 2023-cü ildən fəaliyyətə başlayan Əməyin Mühafizəsi Mərkəzinin, “DOST Müfəttiş” layihəsinin işəgötürənlərə əmək qanunvericiliyinin tətbiqi sahəsində dəstəyini qeyd edən Anar Əliyev iş yerlərində əməyin mühafizəsinin prioritet məsələlərdən olduğunu, bu istiqamətdə davamlı nəzarət, təlimlər və qabaqlayıcı tədbirlərin önəmini vurğulayıb. O həmçinin bu konfransın əmək sferasında baş verən transformasiyaya cavab olaraq yeni təşəbbüslərin, innovativ yanaşmaların müəyyən edilməsində önəmini bildirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov konfransın mövzusunun aktuallığını vurğulayıb, rəqəmsallaşmanın və süni intellektin əmək bazarına təsirlərini qeyd edib. Bildirilib ki, texniki bacarıqları və müasir əmək vərdişləri olmayan işçilər əmək bazarında müəyyən çətinliklərlə qarşılaşa bilər. Bu baxımdan, işçilər yeni tələblərə və çağırışlara uyğunlaşmalı, bilik və bacarıqlarını artırmalıdırlar. Bu istiqamətdə Azərbaycanda sistemli və ardıcıl işlər görülür. Qeyd olunub ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin prioritet istiqamətlərindəndir. Vurğulanıb ki, ölkəmizdə qəbul edilən “Süni İntellekt Strategiyası” inklüziv məşğulluğun inkişafına, yeni əmək vərdişlərinin formalaşmasına töhfə verəcəkdir.
Tədbirdə Azərbaycan həmkarlar ittifaqlarının gördüyü işlər və nəzərdə tutulan tədbirlər, həmçinin Konfederasiyanın yeni layihələri barədə məlumat verilib.ASK-nın prezidenti Məmməd Musayev çıxışında özəl sektorun inkişafı, sahibkar-dövlət, sahibkar-işçi münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb, yeni iş yerlərinin açılması, məşğulluğun təmin edilməsində xüsusi yeri olan sahibkarlığın inkişafı sahəsində atılan addımları diqqətə çatdırıb. Məmməd Musayev sahibkarları təhlükəsiz və sağlam əmək məsələlərinə xüsusi həssaslıqla yanaşmağa, bu sahəyə ciddi investisiya və diqqət ayırmağa çağırıb.Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru cənab Jilber Hunqbo, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Trianql, Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan, BƏT-in Əmək administrasiyası, əmək müfəttişliyi və əməyin mühafizəsi bölməsinin rəhbəri Yoakim Pintado Nunes konfransa videomüraciət ünvanlayaraq təbrik və fikirlərini çatdırıblar.
Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova süni intellektin yeni imkanlar açdığını, həmçinin onun faydalarının maksimuma atdırılması və mümkün zərərlərin minimuma endirilməsi üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Layiqli Əmək Səfiri Səbinə Əliyeva əmək bazarında insan amilinin önəmini qeyd edib, elmi-texniki tərəqqinin imkanlarından söz açıb. Bildirilib ki, qlobal informasiya cəmiyyətinin formalaşması və dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları cəmiyyətdə yalnız texniki və sosial dəyişiklikləri şərtləndirmir, eləcə də hüquqi yanaşmanın da dəyişməsini tələb edir.
Sonra çıxış edən İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev Ümumdünya Əməyin Mühafizəsi Günü və kollektiv müqavilənin 120 illiyi ilə bağlı təbriklərini çatdırıb, əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri barədə fikirlərini bölüşüblər.
Konfransda iştirak edən Pan Avropa Regional Şurasının (PARŞ) prezidenti, Moldova Həmkarlar İttifaqları Federasiyasının sədri cənab İqor Zubku, BƏT-in baş mütəxəssisi Qoça Aleksandria və PARŞ-nin siyasi məsələlər üzrə məsləhətçisi Anna Salnikova beynəlxalq əmək standartları və tövsiyələrdən bəhs ediblər, əmək hüquqları, əməyin mühafizəsi istiqamətində təmsil etdikləri təşkilatın gördüyü işlər barədə məlumat veriblər.
Tədbirdə “Süni intellekt və rəqəmsallaşma dövründə əməyin mühafizəsi”, “Şərqdə və Azərbaycanda ilk kollektiv müqavilə - 120 il”, həmçinin AHİK-in “Layiqli Əmək Səfirləri” və "AHİK Plus" layihələrindən bəhs edən videoçarxlar nümayiş olunub.
Qəhrəman şəhid övladlarından ibarət “Zəfər sədası” uşaq xoru, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin musiqi qrupunun ifası dinlənilib. Konfransda AHİK tərəfindən keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” və “Uğurlu kollektiv müqavilə” müsabiqələrinin 2024-cü il üzrə qalibləri mükafatlandırılıb.
Konfrans “Əməyin mühafizəsi: reallıqlar və trendlər” və “Süni intellekt, rəqəmsallaşma: risklər və imkanlar” mövzusunda panel müzakirələri ilə davam edib.




































AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” İstirahət Mərkəzinə baxış olub
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
“AHİK Könüllüləri” proqramının 11 universitetdə təqdimatı
Bakıda Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaraya həsr olunmuş konfrans keçiriləcək
MSK-nın nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək
XƏBƏRDARLIQ
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Prezidentin sosial şəbəkə hesablarında PAYLAŞIM
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Xalq rəssamı Fərhad Xəlilova
MICHELIN Guide Türkiyənin qastronomiya mənzərəsini gözlər önünə sərəcək - dünya səviyyəsində
F.Q.Xəlilovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi təşkil olunacaq
Yeni icra başçısı kollektivə təqdim olunub
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Vətən müharibəsinin iyirmi yeddinci günü: Qubadlıya doğru irəliləyən Zəfər yolu
Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib
Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir

Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət