lider-media.az

Pakistan Azərbaycanın dəstəyini yüksək qiymətləndirir

Baxış: 97 Tarix: 7-05-2025, 13:18

pakistan-azerbaycanin-desteyini-yuksek-qiymetlendirir

“Azərbaycanın sarsılmaz dəstəyini yüksək qiymətləndiririk”. Bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin “X” hesabında yazıb. “Biz Azərbaycanın Hindistanın dinc yerli sakinlərə qarşı qorxaq hücumu ilə bağlı Pakistana sərgilədiyi sarsılmaz dəstəyi yüksək qiymətləndiririk. Pakistan və Azərbaycan qardaş olaraq daim birlikdə olacaqlar!”, - deyə səfir qeyd edib. Xatırladaq ki, Hindistan mayın 7-nə keçən gecə Pakistanda “terror infrastrukturu”na qarşı “Sindur” əməliyyatına başladığını elan edib və ölkə ərazisinə zərbələr endirib. Pakistan isə buna Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab verib. Azərbaycan Xarici İşlər Nazirliyi iki ölkə arasında gərginliyin artmasına dair bəyanat yayaraq tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi