lider-media.az

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Baxış: 284 Tarix: 21-04-2024, 23:14

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, anım mərasimləri çərçivəsində hərbi qulluqçular şəhidlərimizin məzarlarını ziyarət edib, yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıblar.

Tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərimizin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə igid oğullarımızın Vətən müharibəsi, eləcə də digər uğurlu döyüş əməliyyatlarında göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Qeyd olunub ki, torpaqlarımızın düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın əziz xatirələri xalqımızın qəlbində daim yaşayacaq.

Sonra şəhidlərimizin həyat və döyüş yolundan bəhs edən videoçarxlar nümayiş olunub.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi