Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə görüş keçirilib.
Bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru, Müşahidə Şurasının üzvləri, televiziya kanallarının, informasiya agentliklərinin, bir sıra aparıcı çap və onlayn media subyektlərinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində bu gün media Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. O medianın ictimai-siyasi və mədəni həyatdakı yerinə, mədəniyyətin, maarifçiliyin inkişafında roluna diqqət çəkərək bundan sonrakı mərhələdə də eyni funksiyaları yeni dövrün tələblərinə uyğun qurmalı olduğunu qeyd edib, rəqəmsal transformasiya şəraitində informasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb, dövlət-media münasibətləri, medianın aktual məsələləri barədə fikirlərini bölüşüb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə Agentliyin fəaliyyət istiqamətlərindən, həyata keçirilən tədbirlərdən, media sahəsində aparılan islahatların nəticələrindən və sahənin inkişaf perspektivlərindən danışıb. Müzakirələr zamanı qeyd olunub ki, Milli Mətbuatın 150 illiyi çərçivəsində müxtəlif beynəlxalq və yerli səviyyəli tədbirlərin təşkili, tanınmış xarici media subyektlərinin tərəfdaşlığı ilə inkişaf proqramlarının həyata keçirilməsi, habelə Azərbaycan mətbuatının tarixini və bu gününü təcəssüm etdirən, bu istiqamətdə cəmiyyətin məlumatlandırılmasına yönəlmiş digər layihələrin icrası planlaşdırılır. Görüş zamanı media rəhbərlərinin təklifləri dinlənilib, media sahəsinin gələcək inkişafı və müasir çağırışlar barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.







Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?