lider-media.az

“Üfüq” Karyera İnkişaf Proqramının Qabiliyyət imtahanı keçirilib

Baxış: 255 Tarix: 6-05-2025, 18:11

Mayın 6-da  Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramının 3-cü mərhələsi olan əyani seçim mərhələsi – Qabiliyyət imtahanı keçirilib. İmtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda növbəli şəkildə saat 10:00 və 15:30-da aparılıb. “Üfüq” Karyera İnkişaf Proqramının üçüncü turu olan Qabiliyyət imtahanında 1124 namizəd iştirak edib. İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla 3 test üzrə aparılıb. İmtahana ümumilikdə 4 saat vaxt ayrılıb. İmtahanın nəticələri 5-7 iş günü ərzində “Üfüq” Karyera İnkişaf Proqramının səhifəsində iştirakçılara hesabat şəklində göndəriləcək. İmtahandan uğurla keçən namizədlər proqramın final mərhələsinə keçəcəklər. Qeyd edək ki, “Üfüq” Karyera İnkişaf Proqramının əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyində potensialı yüksək əməkdaşları aşkara çıxarmaq və onların karyera inkişafına şərait yaratmaqdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi