lider-media.az

Türkiyədə 2028-ci ildən bütün vaksinasiya proqramları yerli peyvəndlər hesabına həyata keçiriləcək

Tarix: 21-04-2024, 20:48

Türkiyədə 2028-ci ildən bütün vaksinasiya proqramları yerli peyvəndlər hesabına həyata keçiriləcək


Türkiyənin ən böyük peyvənd tədqiqatı və istehsalı müəssisəsinin birinci mərhələsi 2024-cü ilin sonunda Ankara şəhərində istifadəyə veriləcək.

Lider-media.az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin dəstəyi ilə “Esenboğa” havalimanının yaxınlığında inşa edilən “Hıfzıssıhha-Türkiye” adlı mərkəzin ümumi sahəsi 50 min kvadratmetr olacaq.

Çoxlu sayda laboratoriyanın da yerləşəcəyi mərkəzdə birinci mərhələdə quduzluq, Hepatit A və suçiçəyi peyvəndlərinin istehsalı nəzərdə tutulub. Həmçinin, bəzi genetik məhsullarla bağlı araşdırmalar aparılacaq, istehsal təşkil olunacaq.

“Hıfzıssıhha-Türkiye” mərkəzi tam gücü ilə fəaliyyətə başlayandan sonra Türkiyədəki bütün vaksinasiya proqramlarının 2028-ci ildən etibarən yerli peyvəndlər hesabına həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyədə peyvənd istehsalı 1998-ci ildə dayandırılıb, 2022-ci ildə koronavirusa qarşı hazırlanan “Turkovac”ın istehsalı ilə bərpa olunub.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi