lider-media.az

Belarus hökümətindən Ağdama hədiyyə

Baxış: 207 Tarix: 6-05-2025, 14:45

Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkında nümayiş etdirilən kommunal təsərrüfat texnikası ilə tanış olublar. Nümayiş etdirilən texnika Belarus hökuməti adından Ağdama hədiyyə olunub. Qeyd edək ki, Ağdam Sənaye Parkı Prezidentin 28 may 2021-ci il tarixli sərəncamı ilə yaradılıb. Parkın prioritet fəaliyyət istiqamətlərinə tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi, ət və süd məhsulları, yem, gübrə istehsalı, o cümlədən xidmət obyektlərinin, soyuducu kameraların yaradılması və s. daxildir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi