lider-media.az

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri

Tarix: 6-05-2025, 14:26

Türkiyə Rivierasında yerləşən gözəl Antalya şəhəri ilboyu istirahət üçün ən gözəl məkanlardandır. 
Lider-media.az xəbər verir ki, Antalya mülayim iqlimi, möhtəşəm məzərəsi olan sahil xətti, qədim abidələri ilə turistləri valeh edir. 
 Antalyanın ən gözəl məkanları hansılarıdır?

Ormana kəndi  

Milli memarlığın parlaq nümunələrindən olan Ormana kəndi Toros dağlarının ətəklərində yerləşən qədim bir "Yörük" (köçəri) məskənidir. Ümumdünya Turizm Təşkilatının “2024-cü ilin dünyanın ən yaxşı turizm kəndləri” siyahısına daxil edilən bu kiçik kənd, yaşılın hər çalarına, mavi səmalara və nostalji ab-havaya sahib bir cənnət guşəsidir. 
Orijinal kənd həyatını xatırladan Ormana kəndi “düymə evləri” ilə tanınır. Osmanlı dövrünə aid olan bu evlər milli memarlığın möhtəşəm nümunələri sayılır və bölgənin əsrlərlə formalaşmış sənətkarlığını, təbiətlə vəhdətdə davam edən davamlı həyat tərzini əks etdirir.


Altınbeşik mağarası: qeyri-adi geoloji möcüzə

Ürünlü kəndində yerləşən Altınbeşik mağarası, Türkiyənin təbiət inciləri arasında bənzəri olmayan bir möcüzədir, lakin hələ də kütləvi turizmin diqqətindən kənarda qalıb. Toros dağlarının ətəklərindəki Altınbeşik Milli Parkının tərkibində yer alan bu mağara, Türkiyənin ən böyük yeraltı gölünə ev sahibliyi edir. Mağaranın daxilindəki heyrətamiz sarkıt (Mağara damından asılaraq yaranan mineral ütun) və dikitlər (Mağara yerində yaranan mineral sütun), buz kimi görünən traverten qatları bu məkanı sanki başqa bir aləmdən gəlmiş kimi göstərir.

Turistlər mağaranın içində qayıqla tur etməklə, bu valehedici təbiət möcüzəsini kəşf edə bilərlər. Həmçinin mağaranın ətrafındakı 600-dan çox bitki növünün olduğu   Milli Parkın təbii gözəlliklərini də görə bilərlər. 

Kimera  

Yanan qayaların yerləşdiyi Kimera — Türkiyənin ən maraqlı və mistik təbiət hadisələrindən biri — Çıralı yaşayış məntəqəsində yerləşir. Dəniz tısbağaları Caretta carettaların yumurta qoyduğu çimərliyi ilə tanınan bu bölgədə, gözoxşayan təbiət mənzərələri ilə əhatələnmiş 30 dəqiqəlik bir dağ yürüşü ilə Kimera sahəsinə asanlıqla çatmaq mümkündür. Yeraltından çıxan metan qazı atmosferlə təmasda olaraq heç vaxt sönməyən alovlar yaradır.

Bu yanan qayalar Olympos Beydağları Milli Parkının tərkib hissəsidir – Aralıq dənizi gözəlliyinə malik bir bölgədir ki, burada əfsanələr gerçəyə çevrilmiş kimi görünür. Rəvayətə görə, qanadlı at Pega­susun köməyi ilə qəhrəman Bellerofon od püskürən, üç başlı Kimera canavarını məhz burada məğlub edərək onu daşa çevirmişdir. Bu səbəbdən, Kimera alovlarının həmin əjdahanın odunun izləri olduğuna inanılır və ərazi bu əfsanəvi adla adlandırılır.

Xüsusilə gün batımından sonra Kimera qeyri-real bir mənzərə təqdim etsə də, yaxınlıqdakı qədim Olympos şəhəri də möhtəşəm təsir bağışlayır. E.ə. III əsrə aid olan bu qədim yaşayış yeri məşhur Olympos çimərliyinin yanında yerləşir və Likiya sivilizasiyasının keçmiş həyatına dair heyranedici izlər saxlayır.

Uçansu Şəlaləsi: Aziz Paul yolu üzərindəki gizli cənnət

Belekdən, Antalyanın məşhur lüks golf məkanı, 60 km məsafədə yerləşən Uçansu Şəlaləsi də gizli bir cənnət olaraq tanınır. Toros dağlarından gələn su hər biri 25-30 metr hündürlükdən enərək iki ayrı şəlalə ilə yaşıllıqlara axır. Bu şəlalələrə çatmaq üçün təxminən bir saatlıq bir dağ yürüşü tələb olunur. Lakin turistlər, zirvəyə çatdıqda möhtəşəm mənzərələrlə qarşılaşırlar. Burada həmçinin Kiçik Kralın Çəni adı ilə tanınan bir təbii hovuz da mövcuddur.

Uçansu Şəlalələri, Türkiyənin ikinci ən uzun yürüyüş yolu olan Aziz Paul yolunun bir hissəsidir. Erkən Xristianlığın önəmli misyoneri olan Aziz Paulun izləri ilə gedən bu yol, səyahətçilərə qədim xarabalıqları, ənənəvi kəndləri və toxunulmamış təbii mühitləri kəşf etmə imkanı təqdim edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Май 2025    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi