lider-media.az

Xocalı və Ağdərəyə 2073 nəfər qayıdıb

Baxış: 100 Tarix: 6-05-2025, 11:36

Xocalı və Ağdərəyə 2073 nəfər qayıdıb - RƏSMİ

2026-cı ilin sonunadək “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünun Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən xəbərə görə, bugünədək Xocalı şəhərinə  341 nəfərdən ibarət  85 ailə, Xocalının  Ballıca kəndinə isə 172 ailə-  yəni 811 nəfər köç edib. Ümumilikdə  Xocalıda 1152 nəfər məskunlaşıb. Təkcə Xocalıya  deyil, Ağdərəyə də köç davam edir. Ağdərə rayonunun Həsənriz kəndinə  70 ailə - 238 nəfər, Suqovuşan kəndinə 180 ailə - 592 nəfər, Talış kəndinə isə 91 nəfərdən ibarət  20 ailə  köçürülüb.

Ümumilikdə hazırda Ağdərənin kəndlərində  921 nəfər məskunlaşıb. Bu proses isə mərhələli şəkildə davam edir. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi isə əsas istiqamətlərdən biri olaraq qalır. Qeyd  edək ki, hazırda "Böyük Qayıdış" layihəsi uğurla həyata keçirilir. “Böyük Qayıdış” proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi