lider-media.az

Azərbaycan-Belarus biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalanıb

Baxış: 242 Tarix: 5-05-2025, 18:42


Bakıda keçirilən Azərbaycan-Belarus biznes-forumu çərçivəsində əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanıb.

Belarus Universal Əmtəə Birjası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Belarusun Universal Əmtəə Birjasının İdarə Heyətinin sədri Aleksandr Osmolovski imzalayıblar.

Sonra Azərbaycan və Belarus şirkətləri arasında kənd təsərrüfatı, sənaye, emal və başqa sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi