lider-media.az

Netanyahu Azərbaycana səfərini təxirə salıb

Baxış: 181 Tarix: 4-05-2025, 09:18

Netanyahu Azərbaycana səfərini TƏXİRƏ SALDI

İsrailin Baş naziri Binyamin Netanyahu 7-11 may tarixlərində planlaşdırılan Azərbaycan səfərini bölgədə baş verən hadisələrlə əlaqədar olaraq təxirə salıb. Bu barədə “The Times of Israel” hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb. “Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib”, – deyə açıqlamada bildirilir. O, Prezident İlham Əliyevə dəvətinə görə təşəkkür edib və iki ölkə arasında mövcud olan səmimi münasibətləri yüksək qiymətləndirdiyini əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi