lider-media.az

Bakıda Türk dünyasının ortaq gələcək və fəaliyyəti müzakirə olunur -Dildə, fikirdə, işdə birlik” 

Baxış: 22 Tarix: 3-05-2025, 15:58

3 May Türkçülük Günüdür 

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə bütün türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrdə ortaq ideya, ideal, gələcək və  ortaq fəaliyyətin müzakirə olunduğu panel toplantı keçirilir.

Lider-media.az xəbər verir ki,  Heydər Əliyev  Mərkəzində təşkil edilən toplantıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından nümayəndələr iştirak edirlər.

Tədbirdən əvvəl  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Axərbaycan və Türkiyənin Dövlət Himnıəri səslənib.
 Türk ziyalısı İsmayıl Qaspıralının Türk dünyasının ortaq kimliyini özündə əks etdirən “Dildə, fikirdə, işdə birlik” ifadəsi toplantının şüarıdır. 
Panel iclasdan əvvəl vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və media nümayəndələri ilə iki ayrı dəyirmi masa görüşü təşkil ediləcək.
Qeyd edək ki, hər il may ayının 3-ü Türk dünyasında Türk Dünyasının Həmrəyliyi Günü kimi qeyd olunur. 
Türk dünyasının birlik və qardaşlıq rəmzinə çevrilmiş Türkçülük Günü Azərbaycanda 1992-ci ilin may ayından qeyd olunur.

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi