lider-media.az

Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb

Baxış: 130 Tarix: 3-05-2025, 10:33

Bu gün səhər saatlarında Bakıdan Varşavaya uçuş yerinə yetirən LOT Polish Airlines aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin kapitanı, göyərtədəki sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarı alıb və məcburi eniş sorğusu göndərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hava gəmisi saat 07:45-də Bakı hava limanına uğurla eniş edib. Enişdən dərhal sonra təyyarəyə tibbi xidmət əməkdaşları yönləndirilmiş, sərnişinə yerində ilkin tibbi yardım göstərilib. Həkimin qərarına əsasən, sərnişinin uçuşu davam etdirməsinə icazə verilməyib və o, tibbi nəzarətə götürülüb. Eyni zamanda, kapitanın göstərişi ilə hava gəmisinin əlavə texniki baxışa ehtiyacı olduğu bildirildiyindən, digər sərnişinlər təyyarədən təxliyə edilərək hava limanında müvəqqəti yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi