lider-media.az

Honkonq-London marşrutu üzrə uçuş yerinə yetirən təyyarə Bakıya məcburi eniş edib

Baxış: 142 Tarix: 3-02-2025, 21:15

Honkonq-London marşrutu üzrə uçuş yerinə yetirən təyyarə Bakıya məcburi eniş sorğusu göndərib

“Cathey Pasific” aviaşirkətinin HonKonq-London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

Hava limanından verilən məlumatda bildirilib ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Heydər Əliyev Beynəlxalq Aeroportuna “Airbus A350” təyyarəsi yerli vaxtla saat 19:08-də uğurla eniş edib. Sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.

Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi