lider-media.az

Dövlət Komitəsi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil edib

Baxış: 389 Tarix: 2-05-2025, 14:38

 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Yaşıl gələcək naminə - bir ağac da sən ək!” şüarı ilə növbəti ağacəkmə aksiyasını həyata keçirib. Kürdəxanı və Abşeron rayonunda keçmiş məcburi köçkünlər üçün salınmış 1000 ailəlik məcburi köçkün qəsəbələrində baş tutan aksiya ölkəmizin suveren ərazilərində ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ətraf mühitin qorunmasına töhfə vermək məqsədini daşıyır. Aksiya çərçivəsində zeytun tingləri qəsəbənin istirahət məkanlarında və yol kənarlarında əkilib. Ekoloji tarazlığın qorunması və ətraf mühitə qayğının artırılması məqsədilə təşkil olunan bu cür aksiyaların paytaxtda yerləşən məcburi köçkün şəhərciklərində mütəmadi keçirilməsi nəzərdə tutulur. Aksiyada Dövlət Komitəsinin nümayəndələri və qəsəbədə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər. Qeyd edək ki, Dövlət Komitəsi əvvəlki illərdə də ekoloji təşəbbüslərə xüsusi önəm verib və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə də genişmiqyaslı ağacəkmə aksiyaları təşkil edib. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi