lider-media.az

Füzuli istiqamətində aviabiletlərin alışı qaydalarında yenilik

Baxış: 130 Tarix: 1-05-2025, 18:08

2025-ci il 1 may tarixindən etibarən Azərbaycan Hava Yolları (AZAL) tərəfindən Bakı–Füzuli–Bakı marşrutu üzrə həyata keçirilən uçuşlara aviabilet alışı qaydalarında dəyişikliklər qüvvəyə minir.


Bu barədə  "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətində məlumat verilib.

Bildirilib ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları bu istiqamətdə aviabiletləri AZAL-ın rəsmi internet saytından və ya mobil tətbiqindən xüsusi icazə təqdim etmədən birbaşa əldə edə bilərlər. Bu imkan həm bir istiqamətdə, həm də gediş-dönüş uçuşlarına şamil olunur.


Səfər üçün tələb olunan zəruri icazələr sistem tərəfindən avtomatik şəkildə təqdim olunur. Bu səbəbdən “Yolumuz Qarabağa” portalı vasitəsilə əlavə müraciət göndərilməsinə ehtiyac qalmır. 


Sözügedən dəyişikliklər Azərbaycan vətəndaşları üçün prosedurların sadələşdirilməsi və səfər prosesinin daha da rahat keçməsi məqsədilə tətbiq olunub. Xarici ölkə vətəndaşlarının isə Füzuli istiqamətində səfər etmələri üçün müvafiq dövlət qurumlarından əvvəlcədən icazə almaları tələb olunur.


Qeyd edək ki, Bakı–Füzuli–Bakı reysləri həftədə iki dəfə – şənbə və bazar günləri həyata keçirilir.


 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi