lider-media.az

Qürurla anırıq

Baxış: 343 Tarix: 1-05-2025, 11:55

Faiq Cəfərov 1 may 1974-cü ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1982-ci ildə Şiləvəngə kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbibitirmişdir. Elə həmin ildə də Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992-ci il oktyabrın 18-də Vətənə sədaqət andı içərək Milli Ordu sıralarında hərbi xidmətə başlamışdır. Naxçıvan sərhəd dəstəsinin ilk sərhədçilərindən biri də Faiq Cəfərov olmuşdur. Şərur rayonundakı 3-cü zastavada 3 il Vətənə xidmət etmişdir.  Bu illər ərzində erməni qəsbkarlarının Naxçıvan Muxtar Respublikası üzərinə hücumlarının dəf edilməsində Faiq də mərdlik göstərmişdir.1995-ci il 13-17 mart hadisələri... Dövlətçiliyimizin azadlığı və müstəqilliyin qorunub saxlanması, inkişaf etməsi bir sıra çətin yollar hesabına başa gəldi. Bu ağrılı-acılı yolda xalqımızın bir çox ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canlarından keçdilər. Lakin müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bu olaylarla əlaqədar Ulu Öndər Heydər Əliyev 1995-ci il  martın 15-də Azərbaycan dövlət  televiziyası və radiosu  ilə  xalqa etdiyi tarixi  müraciətində demişdir: "Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqləri deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də dövlət müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidlərisiniz".      Sağlam düşüncəli, xalqa və millətə, Vətənə və torpağa sədaqətli olan adamlar, hər zaman olduğu kimi, bu dəfə də Ulu Öndərimiz Heydər Əliyevin ətrafında sıx birləşdilər. Vətənə xəyanət edən cinayətkar ünsürlərin həbs olunmasını, törətdikləri bəd əməllərə görə cəzaya layiq görülməsini istədilər. Nəticədə, respublikamızın müqəddəs və müs-təqil dövlətçiliyinə qəsd etmək xülyasına düşənlərin,  qanlı-qadalı yola uyanların gözündə qaldı.Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. Bu qanlı olaylardan uzun illər  keçsə də,  lakin yaddan çıxmır, unudulmur. Çünki bu arzuolunmaz olaylar Vətənin bütövlüyünü, onun müstəqilliyini arzulayıb sevənlərin və bu müqəddəs amal uğrunda mübarizə aparanların ürəklərində bir yaddaş nümunəsi kimi qalıb. Çünki bu olaylarda qaragühurçu qüvvələr tərəfindən müasir dövlətçilik tariximizə vurulan qara ləkədir, dövlətçiliyimizə namərdcəsinə endirilən xəyanət idi. O günlərin həyəcanı heç vaxt yaddan çıxmaz. Həyəcan siqnalı ilə ayağa qaldırılan bir neçə hərbi hissənin əsgərləri qanunsuz silahlı dəstələrin tərksilah edilməsi üçün təhlükəli zonaya göndərildi. Həmin gün Naxçıvan sərhəd dəstəsinin könüllülərdən ibarət bölməsi də paytaxta göndərilmişdi. Dövlət çevrilişinə cəhd etmək istəyən qüvvələrin zərərsizləşdirilməsində iştirak edənlər sırasında Faiq də var idi. Martın 16-dan 17-nə keçən gecə Faiq Cəfərov yaralanaraq Sabunçu rayonundakı 3 saylı xəstəxanaya çatdırılır. O, həkimlərin səyi nəticəsində yenidən həyata qaytarılır. 1995-ci il iyunun 22-də sərhəd qoşunlarından ehtiyata buraxılır. 

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı fərmanı ilə Cəfərov Faiq Əliqulu oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Həyatını xalqının, dövlətinin təhlükəsizliyinə həsr edən gənc qəhrəman bir ildən sonra yenidən sərhəd qoşunlarına qayıdır. O, Bakı Əlahiddə Nəzarət Buraxılış Məntəqəsində xidmət edir. O, böyük arzularla yaşayırdı. Lakin 19 avqust 1999-cu ildə avtomobil qəzası nəticəsində onun arzularla dolu ürəyi vaxtsız dayandı. Evli idi. İki övladı vardı. Cəlilabad rayonunun Şiləvəngə kəndində dəfn edilmişdir.   Bu gün Faiqin canından keçdiyi, müstəqil və azad görmək istədiyi Azərbaycan bu yolda inamla addımlayır. Odur ki, ulu öndər Heydər Əliyevin bizə etibar etdiyi müstəqil Azərbaycan Respublikasında yaşamaq, yaratmaq, işləmək hər bir vətəndaşın hüququ olmaqla yanaşı, onun suverenliyini də göz bəbəyi kimi qorumaq şərəfli borcumuzdur. Dövlətlə xalqın birliyi isə müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz edəcəkdir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi