lider-media.az

Londonda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Baxış: 222 Tarix: 29-04-2025, 21:52

Londonda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək


Aprelin 30-da Böyük Britaniyanın London şəhərində Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək.

Energetika Nazirliyindən verilən məlumata görə, komissiyanın iclasında energetika naziri Pərviz Şahbazov və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

İclasda enerji keçidi, iqtisadiyyatın modernləşdirilməsi və diversifikasiyası, infrastrukturun inkişafı, tənzimləmə və biznes mühiti istiqamətləri üzrə 20-dən çox sahədə əməkdaşlıq əlaqələrinə dair müzakirələrin aparılması və iclasın yekun protokolunun imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik biznes və ixrac naziri Qaret Tomasdır.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi