lider-media.az

Türk dünyasının ortaq gələcək və fəaliyyəti Bakıda müzakirə olunacaq  

Baxış: 181 Tarix: 29-04-2025, 17:53

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə bütün türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrdə ortaq ideya, ideal, gələcək və ortaq fəaliyyətin müzakirə olunacağı panel toplantı keçiriləcək.

Lider-media.az xəbər verir ki, tədbir mayın 3-də Bakıda, Heydər Əliyev Mərkəzində təşkil ediləcək.

Tədbirin başlığı kimi türk ziyalısı İsmayıl Qaspıralının Türk dünyasının ortaq kimliyini özündə əks etdirən “Dildə, fikirdə, işdə birlik” şüarı işlədilib.

Toplantıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından iştirak edəcəklər.

Paneldən əvvəl vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və media nümayəndələri ilə iki ayrı dəyirmi masa görüşü təşkil ediləcək.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi