Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təşkilatçılığı ilə “İdman et, sağlam yaşa” devizi altında tələbə-gənclərlə görüş keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilən görüşdə məqsəd sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və gənclərin fəallığının dəstəklənməsidir. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. AHİK sədrinin müşaviri Orxan Ərəbov çıxışında dövlətimizin uğurlu idman siyasətini, bədən tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğını vurğulayıb, idmançılarımızın mötəbər beynəlxalq yarışlarda nailiyyətlər qazandığını deyib. Orxan Ərəbov həmçinin sağlam həyat tərzinin təşviqində, sosial fəallığın və vətənpərvərlik ruhunun gücləndirilməsində idmanın əhəmiyyətini qeyd edib, belə görüşlərin tələbə-gənclərlə təcrübə mübadiləsi baxımından önəmini diqqətə çatdırıb.
AHİK sədrinin müşaviri Nigar Vahabzadə çıxışında “İdman et, sağlam yaşa” layihəsinin məqsədi barədə məlumat verib, bu cür təşəbbüslərin gənclərin fiziki və mənəvi inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev və AHİİTA-nın direktoru Tural Qasımov isə layihənin önəmindən və perspektivlərindən bəhs ediblər. Tədbirdə iştirak edən ikiqat Paralimpiya çempionu, üçqat dünya çempionu, səkkizqat Avropa çempionu, AHİK-in Layiqli Əmək Səfiri İlham Zəkiyev və Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov öz idman yollarından danışıb, sağlam həyat tərzinin vacibliyini qeyd ediblər. Sonra tədbir sual-cavab sessiyası ilə davam edib.








AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” İstirahət Mərkəzinə baxış olub
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
“AHİK Könüllüləri” proqramının 11 universitetdə təqdimatı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb