lider-media.az

Kahramanmaraş sakinləri vilayətin bərpasına verdiyi töhfəyə görə Azərbaycana minnətdarlıq ediblər

Baxış: 6 Tarix: 28-04-2025, 21:54

Azərbaycan hökumətinin dəstəyi ilə müasir yaşayış kompleksinin tikildiyi Türkiyənin Kahramanmaraş şəhərinin sakinləri 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərdən zərər çəkmiş vilayətin bərpasına töhfəsinə görə ölkəmizə minnətdarlıqlarını bildiriblər.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, fəlakət zonasına baş çəkən “İhlas” agentliyinin əməkdaşları ilə söhbətdə Kahramanmaraşın sadə sakinləri “Azərbaycan məhəlləsi” layihəsi çərçivəsində aparılan işi yüksək qiymətləndiriblər.

Kahramanmaraş sakini Hüseyn Yalçın xatırladıb ki, cəmi iki il əvvəl - 6 fevral 2023-cü il zəlzələsindən sonra hazırda Azərbaycan məhəlləsinin yerləşdiyi ərazi xarabalığa çevrilmişdi.

“Türkiyə dövlətinə və qardaş Azərbaycana təşəkkür edirəm. Kahramanmaraşın On iki şubat rayonunda çox gözəl binalar tikilir. Şübhəsiz ki, zəlzələlərdən zərər çəkmiş 11 vilayətdə dağıntıların miqyasını nəzərə alsaq, bütün bunlar asan başa gəlmir”, - deyə o, bildirib.

Onun fikrini Mehmet Kacir də dəstəkləyərək, Azərbaycan məhəlləsindəki binaların memarlığının Kahramanmaraş şəhərinə xüsusi zövq verdiyini vurğulayıb. “Sevindirici haldır ki, belə böyük yaşayış kompleksi qısa müddət ərzində inşa olunub”, - deyə o, əlavə edib.

Reportajda həmçinin qeyd olunur ki, Kahramanmaraşda yeni yaşayış kompleksi layihəsinin icrası son mərhələdədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi