lider-media.az

İqtisadiyyat Nazirliyində Anlaşma Memorandumu imzalanıb

Baxış: 184 Tarix: 28-04-2025, 20:10

İqtisadiyyat Nazirliyi ilə ABŞ-nin “Environmental Systems Research Institute” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Environmental Systems Research Institute” (ESRI) şirkətinin vitse prezidenti Sohail Elabdla görüşüb. Görüşdə Azərbaycan və ESRI arasında əməkdaşlıq çərçivəsində Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üçün beynəlxalq praktikada tətbiq edilən təcrübələr, məkan məlumatlarının idarə edilməsi prosedurları və standartları ilə bağlı fikir mübadiləsi aparılıb. 

Görüş çərçivəsində  İqtisadiyyat Nazirliyi ilə “Environmental Systems Research Institute” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədin icrası Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üzrə bilik mübadiləsinə, bu sahədə insan resurslarının inkişafına və özəl sektorda coğrafi informasiya sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış şirkətlərin inkişafına stimul verəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi