lider-media.az

Ceyhun Bayramov: ATƏT-in mövcud platformalarına gələcəkdə daha çox ehtiyac olacaq

Baxış: 131 Tarix: 25-04-2025, 19:50

Ceyhun Bayramov: ATƏT-in mövcud platformalarına gələcəkdə daha çox ehtiyac olacaq


ATƏT-in mövcud platformalarına gələcəkdə daha çox ehtiyac olacaq. Xüsusilə Azərbaycan-Ermənistan münaqişəsi artıq keçmişdə qaldığı üçün təşkilat bundan sonra bərpa və quruculuq proseslərində iştirak edə bilər. Bu mövzu ətrafında bu gün geniş fikir mübadiləsi aparılıb.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də ATƏT-in Baş katibi Ferudin Sinirlioğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bu gün mövcud olan ağır beynəlxalq vəziyyət, davam edən hərbi münaqişələr, inamsızlıq, beynəlxalq səviyyədə parçalanma və bloklanma kimi trendlər diqqətə alınmalıdır. ATƏT geniş coğrafiyanı əhatə edərək, bir-birinin xarici siyasət yanaşmalarını paylaşmayan və düşmən mövqedə olan ölkələri eyni çətir altında birləşdirir. Diplomatiyanın əsas işi dialoq formatlarının təşkili və bu prosesin davam etdirilməsidir. Heç bir hərbi münaqişə sonsuza qədər davam edə bilməz. Münaqişələrin sona çatdırılması və açıq qalan məsələlərin həlli üçün mövcud platformalar son dərəcə əhəmiyyətlidir”, - deyə Ceyhun Bayramov vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi