lider-media.az

Bakıda Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri nümayəndələrinin görüşü keçirilib

Baxış: 54 Tarix: 25-04-2025, 17:49

Bakıda Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri nümayəndə heyətləri arasında işçi görüş keçirilib.
Cari il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən keçirilən tədbirdə Müdafiə Nazirliyi Hərbi Strategiya və Müdafiə Planlaşdırması İdarəsi tərəfindən qonaqlara Azərbaycan Ordusunda müdafiə planlaşdırılması sahəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən layihələrin idarə olunması ilə bağlı geniş brifinq təqdim olunub.
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb. Yekunda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi