lider-media.az

Ağstafada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Baxış: 127 Tarix: 25-04-2025, 15:55

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov özünüməşğulluq proqramı çərçivəsində Ağstafa rayon sakinləri Məmmədov Azad Xaqani oğlu, müharibə veteranı Alməmmədli Əziz Sabir oğlu və Abdullayeva Günay Əmrah qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər. Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə A.Məmmədov üçün dönərxana fəaliyyəti, Ə.Alməmmədli üçün avtoelektrik xidmətləri, G.Abdullayeva üçün isə un məmulatlarının istehsalı üzrə kiçik təsərrüfatlar qurulub.

Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Ağstafa rayonunda 941 şəxs üçün kiçik təsərrüfatlar qurulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi