lider-media.az

25 aprel “Sahibkarlar Günü”dür

Baxış: 81 Tarix: 25-04-2025, 09:51

     Sahibkarlara diqqət və qayğı inkişafa öz töhfəsini verir

  Hər bir ölkənin davamlı və sabit inkişafını şərtləndirən mühüm amillərdən biri sahibkarlığın inkişafı, iş adamlarının fəaliyyəti üçün normal şəraitin yaradılmasıdır. Müstəqil Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq ictimai həyatın bütün sahələrində davamlı yüksəlişə nail olması, qlobal böhran şəraitində qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləməsi də ilk növbədə, bu sahəyə göstərilən qayğının nəticəsidir. Son illərdə özəl sektorun, azad sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində çox böyük işlər görülüb. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar, qanunlar, dövlət proqramları azad sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır. Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni zavod və fabriklərin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sosialyönümlü müxtəlif problemlərin yoluna qoyulması azad sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olmuşdur. Hazırkı mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi azad sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, bu sektorun ölkənin sosial-iqtisadi problemlərinin həllində rolunun gücləndirilməsi, onun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdırılmasını və s. tələb edir. Bu gün  Azərbaycan­da özəl sek­tor iq­ti­sa­diy­ya­tı­n əsas apa­rı­cı qüv­və­si­nə çev­ri­lib. Azad sa­hib­kar­lı­ğın in­ki­şa­fı­na yö­nəl­dil­miş sa­bit­lik, tə­rəq­qi və de­mok­ra­tik­ləş­mə pro­se­si il­dən-ilə da­ha da güc­lə­nir, da­vam­lı in­ki­şa­fa çev­ri­lir. Ha­lal yol­la mad­di im­kan­la­rı­nı ar­tı­ran hər bir in­san üçün ma­ne­ə­siz və sər­həd­siz biz­nes mü­hi­ti ya­ra­dı­lıb, özəl sek­to­run im­kan­la­rı ge­niş­lən­di­ri­lib. Bu­nun nə­ti­cə­si­dir ki, özəl sek­to­run ümu­mi da­xi­li məh­sul­da pa­yı 73 fa­iz­dən 85 fa­i­zə yük­səl­miş­dir. Hazırda sahibkarlığın dəstəklənməsi Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Müstəqilliyin ötən illərində zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, özəl bölmənin inkişafına dövlət qayğısı nəticəsində ölkəmizdə geniş sahibkarlar ordusu formalaşmış və bu təbəqə sosial-iqtisadi inkişafın avanqard qüvvəsinə çevrilmişdir.

       Azərbaycanda hökm sürən əlverişli biznes mühitindən lazımınca bəhrələnən sahibkarlar ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr açmış, ölkə iqtisadiyyatına investisiya qoyuluşunu xeyli genişləndirmişlər. Hazırda Azərbaycanın iş adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq uğurla fəaliyyət göstərirlər. Ölkəmizdə sahibkarların əsl himayədarı kimi çıxış edən, onların normal fəaliyyəti üçün lazımi şərait yaradan  Prezident İlham Əliyev 2016-cı il aprelin 21-də Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Hər il aprelin 25-nin Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilməsi ilə bağlı qərar bütövlükdə ölkəmizdə özəl bölmənin inkişafına, iş adamlarına göstərilən dövlət qayğısının növbəti təzahürüdür. Sahibkarlığın inkişafı istiqamətində ötən müddətt ərzində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Bununla belə, bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyən, dünyaya özünün inkişaf modelini təqdim edən Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsində sahibkarların potensialı olduqca yüksəkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son illər ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasını, özəl bölməyə göstərilən dövlət qayğısının artırılmasını iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində əldə olunmuş uğurların əsas səbəblərindən biri kimi qeyd etmişdir.  Müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyev  bazar iqtisadiyyatına keçidi dövlətimizin iqtisadi strategiyasının başlıca istiqaməti kimi müəyyənləşdirərkən ölkədə azad sahibkarlığa geniş meydan verilməsinə xüsusi diqqət göstərmişdir.  Ulu öndərin müəyyən etdiyi sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin yüksəlişində xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirmişdir. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşmışdır. Sahibkarların vergi yükünün azaldılması istiqamətində tədbirlər görülmüş, mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salınmış, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlanmışdır. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradılmış və bu sahədə müvafiq dövlət proqramları qəbul olunmuşdur.  Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu  artmağa  başlamışdır. 


      Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmış, onlarla mütəmadi görüşlər keçirmiş və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırmışdır. 2002-ci il aprelin 25-də yerli və mayın 15-də xarici iş adamları ilə keçirilən tarixi görüşlər isə sahibkarları cəmiyyətin avanqard qüvvəsinə çevirmişdir. Xatırladaq ki, həmin görüşlərdə ölkəmizdə sahibkarlığın inkişaf yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi həmin ilin avqust-sentyabr aylarında imzalanmış çox mühum fərman və sərəncamlarla Azərbaycanda sahibkarlığın inkişafında yeni mərhələnin əsası qoyulmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasətini, iqtisadi islahatlar strategiyasını müasir dövrün gerçəkliklərinə uyğun yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin məhz həmin unudulmaz görüşün keçirildiyi 25 aprel tarixinin Azərbaycanda “Sahibkarlar Günü” kimi təsis etməsi də təsadüfi deyil.   Bu, heç şübhəsiz, ulu öndərin zamanında həyata keçirdiyi mühüm tədbirlərin bəhrəsi, uğurlu nəticəsi kimi dəyərləndirilməlidir. Bütün bunlar, həm də onu deməyə əsas verir ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər bundan sonra  da davam etdiriləcəkdir. Özəl bölmənin inkişafına diqqət və qayğı, dövlətin sahibkara, iş adamına himayədarlıq etməsi isə iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, eləcə də mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi