lider-media.az

Səfərini yarıda qoydu

Baxış: 388 Tarix: 24-04-2025, 12:38

seferini-yarida-qoyub-olkesine-qayidir

Ukrayna Prezidenti Volodimir Zelenski CAR-a səfərini yarıda qoyaraq ölkəsinə qayıtmağa qərar verib. Bu barədə məlumatı Zelenski öz teleqram kanalında açıqlayıb.  Bildirilib ki, buna səbəb Rusiya ordusunun ötən gecə paytaxt Kiyevi raket atəşinə tutması olub.  Onun sözlərinə görə, hücum nəticəsində çox sayda dağıntı qeydə alınıb, hazırda xilasetmə əməliyyatı davam etdirilir.  Zelenski qeyd edib ki, CAR Prezidenti Siril Ramafosunu vəziyyətlə bağlı məlumatlandıracaq: “Bu səfərin proqramının bir hissəsini təxirə salıram və CAR prezidenti ilə görüşdən dərhal sonra Ukraynaya qayıdıram”.

O bildirib ki, Ukraynanın XİN rəhbəri Andrey Sibiqa CAR-da bütün zəruri görüşləri keçirəcək.  Xatırladaq ki, Kiyevə hücum zamanı 9 nəfər həlak olub, 80-dən çox insan isə yaralanıb.  Onu da qeyd edək ki, V.Zelenski xanımı Yelena Zelenskaya ilə dünən axşam CAR-a səfər etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi